Hadisə

Azərbaycanda məmur yol qəzasında həlak oldu - YENİLƏNİB

19 Oktyabr 2014 11:51
11 Şərh     Baxış: 11 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:51

Qusarda ölümlə nəticələnən qəzada ölən şəxsin kimliyi bəlli olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, Qusar Polis Şöbəsi əməkdaşlarının apardıqları tədbirlər nəticəsində ölənin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu, 1956-cı il təvəllüdlü, Qusarın Mucuq kənd sakini Şaiq Səbətulla oğlu Qaslanov olub. O, Qusar İcra başçısının Mucuq inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi olub.

Hadisə Qusarın Kirik kəndində baş verib. Qəza zamanı "Mitsubishi" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Xilasedicilər ölənin meyitini deformasiyaya uğramış avtomobildən çıxarıblar.

---------
10:23

Qusarda avtomobil ağaca çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus "MİTSUBİSHİ" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib.
Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.