Hadisə

Azərbaycanda 6 yaşlı uşağı avtomobil vurub

19 Oktyabr 2014 09:48
2 Şərh     Baxış: 1 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz Tv-yə istinadən bildirir ki, Gəncə sakini Seymur Qasımov idarə etdiyi "Mercedes" markalı avtomobillə Göygöldən Hacıkənd istiqamətinə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göygöl sakini, 6 yaşlı Mürsəl Yusibovu vurub. Daha sonra idarəetməni itirən sürücü avtomobili yolun kənarındakı ağaca çırpıb. Qəzada sonra ağır bədən xəsarətləri alan piyada Mürsəl Yusibov Gəncə Şəhər Təcili Tibbi yardım Stansiyasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Yol nəqliyyat hadisəsini törədən sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məharət Kərimov, həkim: "2008-ci il təvəllüdlü, Göygöl sakini Yusibov Mürsəl Ramiz oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun üzərində çoxsaylı xəsarətlər olduğundan birbaşa reanimasiya şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralının 2 saylı uşaq xəstəxanasına köçürülməsi məqsədəuyğun hesab olunub. Vəziyyəti orta ağırdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.