Hadisə

Şəkidə bir gündə iki qəza - VİDEO

26 Avqust 2014 17:05
1 Şərh     Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Şəki ərazisində iki yol qəza hadisəsi baş verib. Qəzalar nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.

İlk qəza Şəkinin Daş qaya adlanan ərazisində qeydə alınıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, qəza zamanı Məmmədov Xosrov Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Mustafayev Rəhmanın idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili toqquşub. Hadisə zamanı mikroavtobusda olan sərnişin 2000-ci il təvəllüdlü Yusibova Ayşə yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan şəxsə elə hadisə yerində ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib. İlkin ehtimallara görə, qəzaya səbəb "VAZ "ın anidən Suçma kəndi istiqamətində hərəkətdə olan mikroavtobusun qarşısına çıxması olub.
 

Digər qəza Şəki giriş yolunun 15-ci km-də Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Gülməmmədov Tərlan Sabir oğlu idarə etdiyi 10-EU-834 dövlət nömrə nişanlı "Moskviç" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və qəza törədib. Qəza nəticəsində avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Xəstəxanadan verilən məlumata əsasən, sürücü döş qəfəsinin, qarının qapalı travması ilə xəstəxanaya daxil olub. Hər iki faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Qəzaların dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

 
Videonu izləmək üçün şəkilə klikləyin.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.