Hadisə

Bakıda qəza dəhşət saçdı: qatardan qopan sistern qarşısına çıxanları parçaladı

22 İyul 2014 14:01
11 Şərh     Baxış: 6 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda qatar ağır yol qəzası törədib. Dünən Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan "VAZ-21011" markalı minik maşınının üzərinə çıxıb. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, sistern "VAZ-21011"i sürüyərək bir neçə metr aparıb. Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qəzaya uğrayan qatarın hərbi bazanın olduğu deyilir.

Milli.Az-a danışan hadisə şahidləri deyir ki, qatardan ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.