Bakının sərnişin avtobusunda tərbiyəsizlik: qadınlarla kişilər əlbəyaxa oldular - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
11:26
"Çinar-Trans" MMC-dən Milli.Az-a bildirildi ki, 133 saylı avtobusdakı hadisə ilə bağlı qısa zamanda araşdırma aparıldı və sürücü Valeh Məmmədov işdən azad edildi.
---------
10:50
Bakının sərnişin avtobusunda sürücü tərbiyəsizliyi son həddə çatıb. Sürücünün əməli sərnişinlər arasında davaya keçib, sonra isə...
Dünən metronun "Gənclik" stansiyasından Binəqədi kəndi istiqamətində işləyən 133 saylı sərnişin avtobusunda vur-çatlasın olub. Milli.Az xəbər verir ki, təxminən saat 19:30-20:00 radələrində 133 saylı avtobusun sürücüsünün - cavan oğlanın - avtobusu yüksək sürətlə idarə etməsi sərnişinlərin etirazına səbəb olub. Sürücü isə buna məhəl qoymayaraq dava düşənə kimi yoluna davam edib.
Binəqədi kəndi ərazisində vəziyyət daha da qəlizləşib və qadın sərnişinlər israrla sürücüyə avtobusu saxlamağı tələb ediblər. Uzun mübahisədən sonra sürücü onlarla razılaşmalı olub, sonra qadınlar avtobusu tərk ediblər. Avtobusun yarısı boşalsa da, bir neçə kişi düşmək istəməyib. Bu isə qadınları daha da qəzəbləndirib, kişilərlə davaya başlayıblar. Bir-birinə küçə söyüşləri söyüblər.
Hadisə baş verən sərnişin avtobusunun sahibkarı "Çinar-Trans" MMC-nin rəhbəri Etibar Manafov Milli.Az-a açıqlamasında bildirdi ki, həmin avtobusun sürücüsü müəyyən edilərək işdən qovulacaq.
Həmin hadisənin görüntülərini oxuculara təqdim edirik...
Anar Məmmədov
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin.


DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





