Hadisə

Goranboy sakini Gəncə çayında boğuldu

17 İyul 2014 18:20
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İyul ayının 17-si saat 16:00 radələrində Gəncə çayının Göygöl rayonundan keçən hissəsində bədbəxt hadisə baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Goranboy rayonunun Gürzalılar kənd sakini 20 yaşlı Asiman Teyyub oğlu Hüseynov Gəncə çayının Göygöl rayonu ərazisindən keçən hissəsində çimərkən boğulub.

Mərhumun meyitini sudan çıxaran müvafiq strukturların əməkdaşları hadisə yerində bir neçə saat axtarış aparıblar. 2 saat sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.