Hadisə

Paytaxtda qəza: yol qaranlığa qərq oldu, xanım ekspeditor yaralandı - YENİLƏNİB - VİDEO - FOTO

17 İyul 2014 09:40
2 Şərh     Baxış: 3 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:18

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. "Ford Transit" markalı 90 EM 792 dövlət nömrə nişanlı yük maşını eyni istiqamətdə hərəkət edən "Hyundai Santa Fe" markalı 90 GC 515 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.

İlkin məlumata görə, "Hyundai" yanacaqdoldurma məntəqəsinə girirmiş. Bu vaxt Nobel prospekti ilə yüksək sürətlə hərəkət edən "Ford" onu arxadan vurub. Sonra hər iki avtomobil yanacaqdoldurma məntəqəsinin girişinin yaxınlığındakı işıq dirəyinə çırpılıb, dirək aşıb.

Qəza nəticəsində ət məhsulları şirkətinə məxsus yük avtomobilindəki sərnişin, şirkətin ekspeditoru Pərvin Məlikova xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Qeyd edək ki, Pərvin Məlikova həm də sürücü Sənan Murğuzovun həyat yoldaşıdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Mill.Az

----------
09:40

Böyütmək üçün şəkillərə klikləyin.

 



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.