Hadisə

Azərbaycanda 4 km uzunluğunda tıxac yaranıb - FOTO

5 İyul 2014 15:09
2 Şərh     Baxış: 3 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göyçay rayonu ərazisində böyük avtomobil tıxacı yaranıb, nəqliyyatın hərəkəti iflic olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün səhər saat 09:00 radələrindən başlayaraq Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində 4 kilometr uzunluğunda avtomobil tıxacı yaranıb. Mindən çox avtomobilin tıxacda qalmasına səbəb yolda aparılan yenidənqurma işləridir.
 
Sürücülər bildirirlər ki, bu yolda bir neçə aydır əsaslı təmir və yenidənqurma işləri aparılır: "Hər gün yol çəkilişi ilə paralel olaraq ərazidə avtomobillərin hərəkəti üçün də şərait yaradılırdı. Bu gün səhər saatlarında yolda aparılan böyük qazıntı işləri nəqliyyatın hərəkətini iflic edib".
 
Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayının üzərindən keçən körpüsündə, eləcə də şəhərin 5 əsas giriş küçəsində, Göyçay-Qaraməryəm, Göyçay-Ağdaş və Göyçay-Ucar yollarında uzun avtomobil tıxacı yaranıb və bu proses davam edir. Yol polisi əməkdaşları ərazidə nəqliyyatın hərəkətini tənzimləməyə çalışsalar da, hələ ki, nəticə yoxdur. Saatlarla avtomobildə oturub gözləyən sürücülərin bir çoxu maşını tıxacda saxlayaraq ərazidən gedib. Bu da yolun açılmasına mane olur. Sakinlər yolda qazıntı işləri aparan podratçı tikinti şirkətinin texnikalarının ərazidə olmasına baxmayaraq, işçilərin orada olmamasından və yolun açılması üçün lazımi işin aparılmamasından şikayətlənirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.