Hadisə

Bakıda avtomobillə yol kənarında vurulan piyada ölüb

5 İyul 2014 11:29
1 Şərh     Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda avtomobillə vurulan yol kənarında dayanmış piyada bir gün sonra xəstəxanada ölüb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-ü saat 10 radələrində Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində Bakı şəhər sakini 1970-ci il təvəllüdlu Rafiq Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanmış 1981-ci il təvəllüdlü Mehman Hüseynovu vurub.

M.Hüseynov xəsarətlə 3 saylı xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Hüseynov iyulun 5-də orada ölüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.