Hadisə

Bakıda qəzada qadın sürücünün maşını göydə oynadı: 2 yaralı - VİDEO - FOTO

5 İyul 2014 09:37
0 Şərh     Baxış: 3 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA TV-yə istinadən bildirir ki, hadisə Aeroport şossesində qeydə alınıb. Şosse ilə hava limanı istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü ötmə qaydalarını pozub və Gürcüstan vətəndaşının idarə etdiyi "Chevrolet" markalı maşını vurub.

İlkin məlumata görə, qəza nəticəsində "Hyundai"ın hələlik şəxsiyyəti məlum olmayan sürücüsü və yanındakı qadın sərnişin xəsarət alıb. Qəzadan sonra yolda avtomobillərin sıxlığı artdığından, təcili tibbi yardım briqadası hadisə yerinə çatmaqda çətinlik çəkib. Yaralılar ətrafdakı avtomobillərdən biri ilə xəstəxanaya çatdırılıblar. "Chevrolet"nin sürücüsü, Gürcüstan vətəndaşı Orli Palaqaşvili isə qəzadan xəsarətsiz qurtulub.
 
Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya sürətlə hərəkət edən "Hyundai" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub. Qanunla qadağan olunan qaydada ötmə əməliyyatı edən sürücü qəfildən qarşıdakı avtobusu görüb və maşını avtobusa çırpmamaq üçün manevr etmək istəyib. Lakin sürət yüksək olduğundan, o, bunu da edə bilməyib və maşını "Chevrolet"yə çırpıb. Gürcü qadının idarə etdiyi "Chevrolet" isə yoldakı dəmir arakəsmələrə çırpılıb, sonra isə bir neçə metr hündürlüyə qalxaraq, yerə dəyib. Xoşbəxtlikdən, sürücüyə heç nə olmayıb.
 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.