Hadisə

20 yaşlı gənc süni göldə boğuldu

5 İyul 2014 09:22
0 Şərh     Baxış: 1 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaçmazda süni göldə 20 yaşlı gənc batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki,1994-сü il təvəllüdlü Rəşad Mirzağa oğlu Əsgərov Xaçmaz rayonu, Çarxı kənd ərazisindəki süni göldə batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. R.Əsgərovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.