Hadisə

Qubada fabrik və 10 hektar taxıl sahəsi yanıb

5 İyul 2014 09:18
0 Şərh     Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quba rayonunda yanğın baş verib.

APA TV-nin verdiyi məlumata görə, yanğın rayonun Qaraçay kəndi ərazisində qeydə alınıb.
 
Kənd sakininə məxsus fabrikin ərazisində sahəsi 250 kvadratmetr olan 3 tikilinin dam örtüyü, fabrikin ərazisində 6 hektar biçilmiş taxıl sahəsi və bələdiyəyə məxsus ərazidə 4 hektar biçilmiş taxıl sahəsi yanıb.
 
Yanğının söndürülməsi üçün Quba ilə yanaşı, Xaçmaz və Şabran  rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin  yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
 
Fabrikin digər 3 binası və ərazidə olan 8 yaşayış evi yanğından mühafizə olunub. 6 saat davam edən yanğın söndürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.