Hadisə

Qəzadan sağ çıxanlardan biri məşhur şəxsin qızı imiş - FOTO

25 Dekabr 2024 16:50
Baxış: 2 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri 90-cı illərdə Qroznıda faciəvi şəkildə həlak olmuş məşhur sovet alimi Əbdül-Həmid Bisliyevin qızıdır.

Milli.Az SHOT teleqram kanalına istinadən xəbər verir ki, 54 yaşlı Cəmilə Bisliyeva Aktauda "Embraer 190AR" markalı təyyarənin qəzaya uğraması nəticəsində sağ çıxa bilib.

Əbdül-Həmid Bisliyev 1991-ci il noyabrın 11- də yoldaşı, pedaqoji elmlər doktoru, professor, Çeçenistan Dövlət Universitetinin rektoru Viktor Abramoviç Kan-Kalikə kömək etdiyi üçün öldürülüb. Kan-Kalik və Bisliyev universiteti birlikdə tərk edərkən bir qrup silahlı şəxs rektoru tutaraq maşına mindirməyə çalışıb. Onları dayandırmağa çalışan Bisliyev avtomatdan açılan atəşlə qətlə yetirilib. 

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Nərmin Mahmudova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.