Hadisə

"Eniş üçün zolaq da hazırlamışdıq, lakin...”

25 Dekabr 2024 15:00
Baxış: 2 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aktau hava limanında Embraer E190AR təyyarəsinin təcili enişi üçün uçuş-enmə zolağı hazırlanmışdı, lakin təyyarə ona çatmadı".

Milli.Az xəbər verir ki, bu açıqlamanı lenta.ru-ya hava limanındakı mənbə bildirib.

"Nəzəri olaraq, təyyarə Aktau hava limanında təcili eniş etməli idi. Biz hətta bu iş üçün uçuş-enmə zolağı da hazırladıq, lakin təyyarə çatmadı", - mənbə qeyd edib.

Xatırladaq ki, Azərbaycandan Rusiyaya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarə ekipajı qəza enişi etməmişdən əvvəl SOS siqnalı verib. Təyyarə Bakıdan Qroznıya uçurdu, lakin duman səbəbindən Mahaçqalaya istiqamətləndirilib.

Qazaxıstan tərəfinin məlumatına görə, təyyarə qəzasında 32 nəfər sağ qalıb. Təyyarədə ümumilikdə 62 sərnişin və 5 ekipaj üzvü olub. (sfera.az)

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.