Hadisə

Şəkidə canavarlar sakinlərə hücum etdi - xəsarət alanlar var - VİDEO

13 Dekabr 2024 23:49
Baxış: 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə canavarlar üç nəfərə hücum edərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Şorsu kəndində baş verib.

Kənd sakini Seymur İsayev övladını məktəbə apararkən kəndin ərazisində canavarın hucumuna məruz qalıb. Canavar Seymurun baş nahiyəsinə  xəsarət yetirib.

Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində də canavar insanlara hücum edib. Vəhşi heyvan iki nəfərə xəsarət yetirib. Kənd sakini 68 yaşlı Səfərəli Həsənov hücuma məruz qalan şəxslərdən biridir. Daha bir kənd sakini 28 yaşlı Məhəmməd Məmmədova hücum edən canavar onun sağ əlinə və kürək nahiyəsinə xəsarət yetirib.

Onlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həmin şəxslərə quduzluq əleyhinə peyvənd vurulub.

Hazırda onlar ev şəraitində olsalar da, həkim nəzarətində saxlanırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.