Dərsə gedən müəllim dəhşətli qəzada öldü - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabirabadda dəhşətli yol qəzasında ölənlərdən biri müəllim olub.
Milli.Az bildirir ki, TNS-in məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişən Salatın Rəhman qızı Abuzərova Şirvan şəhərindəki orta məktəblərdən birində müəllim işləyirmiş. Əslən Sabirabad rayonundan olan S. Abuzərova səhər saatlarında yeni aldığı "Daewoo" markalı avtomobillə dərsə gedərkən qəzaya düşüb. S. Abuzərova hadisə yerində dünyasını dəyişib.
Xatırladaq ki, bu gün səhər saatlarında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində olub.
"Toyota" markalı avtomobillə "Daewoo" markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.
Yaralılar Çölbeşdəli kənd sakini 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.
Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
-------
08:55
Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.
Belə ki, "Toyota" markalı avtomobillə "Daewoo" markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Niderlandda ümumölkə karantini tətbiq olundu
-
Masallıda ağır qəza: Ölən var
-
“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi (Foto)
-
Anası yenidən ailə qurdu, 14 yaşlı qızın həyatı dəyişdi
-
Şəmkirdə usta evdə təmir zamanı öldü
-
Qızıl almaq istəyənlərə vacib xəbər
-
Mourinyo qızının bu fotolarını silməsini tələb etdi - Müzakirə yaradan görüntülər... - (Fotolar)
-
Ermənistan prezidentinin səhhəti pisləşdi
-
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
-
Bakıda azyaşlı faciəvi şəkildə öldü
-
Sabah yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı
-
ABŞ-yə qaçan Bolsonaro özünü ölkənin lideri elan etdi
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)





