Hadisə

Daha bir “Azərişıq” əməkdaşı iş başında öldü

26 Oktyabr 2024 13:49
Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.

Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub. Hadisə nəticəsində o, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, iki gün öncə də Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vuraraq öldürmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.