Hadisə

Bakıda şagird sinif yoldaşına xəsarət yetirdi - Hadisənin TƏFƏRRÜATI - VİDEO

11 Oktyabr 2024 09:39
Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı 212 nömrəli tam orta məktəbdə beşinci sinif şagirdinin tənəffüs zamanı sinif yoldaşını itələdiyi bildirilir.

Valideynin iddialarına görə, hadisə zamanı yerə yıxılan övladı baş nahiyəsindən xəsarət alıb.

Şagirdin valideyni Xatirə Nəsirova bildirib ki, övladını məktəbə göndərməyə qorxur. Çünki orada övladının təhlükəsizliyindən əmin deyil.

Sözügedən şagirdlərin sinif rəhbəri Elnarə Teyyublunun sözlərinə görə, hadisəni törətdiyi iddia edilən məktəblinin özünü aqressiv apardığını hamı bilir.

Valideyn Xatirə Nəsirova məsələ ilə bağlı polisə şikayət ədib.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə müvafiq polis şöbəsində araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə qeyd edilib ki, məktəb rəhbərliyi hər iki valideynlə görüş keçirib. Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.