Hadisə

Bakıda “Mercedes” yandı - VİDEO

9 Oktyabr 2024 09:37
Baxış: 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Mercedes" markalı minik avtomobilində baş vermiş yanğın yaxınlıqdakı binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin ön hissəsi yanıb, avtomobilin digər hissələri və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.