Hadisə

İtkin düşmüş 17 yaşlı Sevda tapıldı

2 Sentyabr 2024 10:10
Baxış: 6 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:10

Bakıda itkin düşmüş 17 yaşlı Şaymuradova Sevda Marat qızı tapılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmüş kimi axtarışa verilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, S. Şaymuradova evdən təhsil kursuna getmək adı ilə çıxmış və geri dönməmişdi. Ailəsi onun oğurlandığını iddia edirdi.

---------------
2024.09.01


Bakıda 17 yaşlı Şaymuradova Sevda Marat qızı itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə 1news.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Sevda evdən "Hədəf" kurslarına getmək adı ilə çıxıb və mənzil başına çatması barədə nənəsinə ismarıc yazıb: "Lakin birdən-birə anasının nömrəsinə mesaj göndərib. Deyib ki, onlarla yaşamaq istəmir və evdən getmək üçün pul yığırdı".

Ailəsi yazılan ismarıcı psixoloq və psixiatrlara göstərib və onlar bunun uşaq tərəfindən yazılmadığını söyləyiblər: "Çox güman, uşağı oğurlayıblar və onun adından ismarıc yazıblar".

Sevdanın ailəsi onun itkin düşməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Həmçinin bildirilib ki, qızın şəxsiyyət vəsiqəsində adı Sevda olsa da, hamı onu Xədicə kimi tanıyır: "Oğurlanmasında bir nəfərdən şübhələnirik. İstintaqın nəticəsini gözləyəcəyik".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna belə cavab verildi: "İtkin düşmə ilə bağlı axtarışa elan edilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.