Abşeronda gölməçədə meyit tapılıb.
Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Xoşgül İman qızı Alıyevanın meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun