Hadisə

Beyləqanda ağır yol qəzası - ölənlər və yaralananlar var

20 İyun 2024 18:34
Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binnətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili "Mercedes Sprinter" markalı avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.