Hadisə

Biləsuvarda minik avtomobili yanaraq kül oldu

15 İyun 2024 19:46
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ələt-Astara avtomobil yolunda avtomobil yanıb.

Milli.Az report-a istinadən xəbər verir ki,vhadisə yolun 85-ci km-də, Biləsuvar rayonuna düşən hissəsində qeydə alınıb.

Belə ki, Şahmurad Nurinin idarə etdiyi "Kia" markalı minik avtomobili qəfil alışmağa başlayıb. Hadisə yerinə FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunsa da, avtomobil tamamilə yanaraq, sıradan çıxıb.

İlkin məlumata görə, yanğına nəqliyyat vaitəsinin elektrik sistemindəki nasazlıq səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.