Hadisə

Abşeronda itən məktəbli qızlar Kürdəmirdə tapıldı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

13 Fevral 2024 12:07
Baxış: 7 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:07

Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, məktəblilər ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.

---------

10:35


Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, məktəbli qızlar Kürdəmirdə nənəsigilin evində tapılıblar.

-------

06:10


Abşeronda 2 məktəbli qız itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə dünən baş verib.

Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri - Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb, geri qayıtmayıblar.

Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.