Hadisə

Cavidin itkin düşməsində şübhəli bilinən şəxslər yalan danışırlar? - VİDEO

30 Yanvar 2024 10:41
Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.

Milli.Az bildirir ki, "Xəzər TV"də yayımlanan "Təsir Dairəsi" verilişində Cavidin itkin düşməsində adı hallanan Vüqar Cəfərov və Ağa adlı şəxs danışıblar.

Qeyd edək ki, ilk açıqlamasında Vüqar Cəfərov, Cavid Bayramovun itkin düşdüyü gün onunla görüşmədiyini desə də, budəfəki açıqlamasında onunla görüşüb söhbət etdiyini bildirib.

Cavid Bayramovun ailəsi onun bacanağı olan Ağanın da yalan danışdığını və bu məsələdə onun da əlinin olduğunu düşünürlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlama verib. O qeyd edib ki, məsələ araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.