Azərbaycanlı biznesmenin qatili hicab taxıb qaçan idmançıdır? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il dekabrın 25-də Rusiya mətbuatında Dağıstanda Azərbaycan vətəndaşı olan Cabir adlı biznesmenin qətlə yetirilməsi barədə məlumatlar yayılıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yanvar ayı ərzində aparılan istintaq hərəkətləri zamanı qətllə bağlı maraqlı detallar üzə çıxıb. Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində Cabirin arvadı və onun idmançı sevgilisi Süleyman Süleymanov tərəfindən öldürüldüyünə dair şübhələr yaranıb.
Bildirilir ki, 37 yaşlı Cabir Xələf oğlu Nəsirov əslən Şamaxı rayonundandır və bir neçə il əvvəl Dağıstanda biznes fəaliyyətinə başlayıb. Onun bu ölkədə və Moskvada əmlakları, bir neçə elektronika mağazası olub.
Dekabrın 24-də Cabir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Dağıstana qayıdıb və həmin gecə naməlum şəraitdə qətlə yetirilib.
Polisə Cabir Nəsirovun öldürülməsi ilə bağlı məlumatı onun 32 yaşlı həyat yoldaşı Röya verib. Qadının şübhəli ifadəsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Belə ki, əslən Sumqayıt şəhərindən olan Röya ilkin ifadəsində evə basqın edən 2 nəfərin həyat yoldaşını amansızlıqla döyərək öldürdüyünü bildirib. O, qapının tanımadığı şəxslər tərəfindən döyüldüyünü, daha sonra mənzilə soxulan şəxslərin borc verdikləri pulu tələb edərək ərinə hücum edib onu öldürdüyünü iddia edib. O, bu müddət ərzində digər otaqda olduğunu, oradan qışqırıq səsləri eşitdiyini, quldurlar gedəndən sonra isə ərinin cəsədini aşkar etdiyini deyib.
Dağıstanda kifayət qədər məşhur biznesmen olan Cabirin qətli ilə bağlı ərazidəki kameralara baxış keçirilərkən həmin müddətdə binaya 2 nəfərin daxil olması və ya çıxması müşahidə edilməyib. Bu zaman müşahidə kameralarında hicaba bürünmüş kişinin binanı tərk etməsi əks olunub.
Bundan sonra Röya yenidən ifadəyə çağırılıb. O, ikinci ifadəsində ərini özü öldürdüyünü bildirib. Cabirin ona və övladlarına daim şiddət göstərdiyini iddia edən qadın onun Dubaydan gəlməsini gözlədiyini, yatan kimi plintusla zərbələr endirərək öldürdüyünü deyib.
Lakin bu ifadə də hüquq-mühafizə orqanlarına kifayət etməyib və hadisə baş verən gecə binadan hicaba bürünmüş halda çıxan kişinin kimliyi üzərində araşdırma aparılıb. Müəyyən edilib ki, həmin şəxs
20 yaşlı idmançıdır və Röya ilə sevgi münasibətləri olub.
3-cü ifadəsində binanın girişindəki müşahidə kamerasına düşən gəncin qaydasız döyüşlə məşğul olduğunu və onunla sevgili olduğunu dəyən qadın bu dəfə hər şeyi etiraf edib. O, bildirib ki, Cabir Dubaydan qəfil qayıdıb və həmin vaxt sevgilisi onların evində olub. Cabir həmin şəxsi döymək istədikdə 20 yaşlı gənc onu döyərək qətlə yetirib. Hadisədən sonra isə idmançı hicab geyinərək oradan uzaqlaşıb.
Cabir Nəsirovun yaxınları "Qafqazinfo"ya açıqlamalarında Röya Nəsirovanın artıq saxlanıldığını, onunla əlbir olmaqda şübhəli bilinən sevgilisinin isə hələlik tutulmadığını bildiriblər. Onlar həmçinin iddia ediblər ki, hadisədən sonra evdən xeyli miqdarda bahalı əşyalar oğurlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib - Yenilənib (Foto)
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
XƏBƏR LENTİ
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)





