Axtalanma, ömürlük həbs, yoxsa... - Bakıda 10 yaşlı qıza təcavüz etmək istəyənə hansı cəza veriləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Bakıda yaşlı kişinin azyaşlı qıza təcavüz etməsi iddiası ilə bağlı görüntülər yayıldı. İddiaya görə, həmin şəxs 10 yaşlı qıza qarşı xoşagəlməz hərəkətlər edib. Görüntülərdə yaşlı kişinin ərazidəki şəxslər tərəfindən avtomobilə mindirilməsi də əks olunub.
Adətən azyaşlılara qarşı təcavüz faktları ortaya çıxan zaman həmin şəxsin axtalanmasını, barəsində ölüm hökmü çıxarılmasını istəyənlər olur. Amma qanunvericilikdə bu kimi hallar nəzərdə tutulmayıb.
Bəs, qanunvericiliyimizdə pedofillərlə bağlı hansı cəzalar var?
Milli.Az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, sözügedən məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə tənzimlənir:
"Həmin maddəyə əsasən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə- dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".
Müsahibimiz xatırladıb ki, Azərbaycanda 1998-ci il fevralın 10-da ölüm cəzası ləğv olunub:
"Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi. Demək olar ki, hazırda Avropada bir-iki dövlətdən başqa ölüm hökmünün tətbiqini qanunvericiliyində saxlayan dövlət yoxdur. Axtalanma məsələsinə gəldikdə isə, Cinayət Məcəlləsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Bu hamılıqla qəbul edilmiş humanizm prinsipinə ziddir".
Vəkil həmçinin, yaşlı kişinin 10 yaşlı qıza qarşı xoşagəlməz hərəkətlər etməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Aparılan ibtidai araşdırma və istintaqın gedişində şəxsin təqsirli olduğu mötəbər sübutlarla öz təsdiqini taparsa, həmin şəxsin barəsində ittiham aktı tərtib edilərək müvafiq məhkəməyə göndəriləcək. Məhkəmə də cinayət qanunvericiliyinə uyğun şəkildə işə baxaraq qərar qəbul edəcək. Şəxsin təqsiri sübuta yetirilərsə, təbii ki, məhkəmə şəxs barəsində ittiham hökmü çıxararaq ona cəza təyin edəcək. Lakin unutmamaq lazımdır ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
Xocavənddə traktor minaya düşdü - Yaralanan var
XƏBƏR LENTİ
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə





