Hadisə

Bazara alış-verişə gələn kişi öldü

3 Oktyabr 2023 20:15
Baxış: 1 009

Cəlilabad rayonunda bazarda ölüm hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərindəki Mərkəzi bazarda qeydə alınıb.

Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Tomarxan Əhədov ərzaq alan zaman halı qəfil pisləşib. Daha sonra dünyasını dəyişdiyi məlum olub.

Ölümün səbəbini müəyyən etmək üçün mərhumun meyiti rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics