Hadisə

“Biləcəri daş bazarı”nda qorxulu hadisə

30 Sentyabr 2022 10:44
Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi "Biləcəri daş bazarı" adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.