Hadisə

Zaqatalada itən turistin yeni FOTOsu tapıldı: ...bir neçə saat əvvəl çəkilib

30 İyun 2022 14:07
2 Şərh     Baxış: 5 667

Zaqatala dağlarında yoxa çıxan hindistanlı turistin ən son çəkilmiş və heç yerdə olmayan fotosu ortaya çıxıb.

Milli.Az bildirir ki, lent.az həmin fotonu əldə edib.

Foto hindistanlı turist Manikath Kondaveeti itkin düşməzdən bir neçə saat əvvəl çəkilib. Fotoda turistin yanındakılar Zaqatala sakinləridir. Məlumata görə, turist dağa qalxarkən yerli sakinlərlə qarşılaşıb və onlarla selfi edib. Şəkil Manikath Kondaveeti tərəfindən yerli sakinlərin telefonu ilə çəkilib. 

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

48 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Əsranur · 30 İyun 14:2133

    Anon ölsün,ay Manikath,sənə lazım idi dağlar??İndi o ayı sənin ən son şəklini necə göndərsin?Rəhmətlik bir dəstə adamı da avara,ogar qoyub bu istidə ki,Manikath dağlarda qaldı...

    Cavab yaz
  • Anonim
    OXUCU · 30 İyun 17:2221

    Necə tapılsın ey ayının qarnından.Ayı yedi getdi .ya ayı yeyib ya da şpiondu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics