Texnologiya

İllərin xəyalı GERÇƏK OLUR: İtən əşyalara "zəng" edə biləcəyik - VİDEO

22 Aprel 2021 13:44
Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əşyalarını tez-tez itirən insanlara dediyimiz "zəng elə, tapılsın" zarafatı gerçək olur.

Milli.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, "Apple" şirkəti özünün ilk ağıllı "AirTags" nişanını təqdim edib. Onun vasitəsilə müxtəlif əşyaları - qulaqcıqdan tutmuş avtomobilədək tapmaq mümkündür.

"AirTags" "Lokator" əlavəsi ilə işləyir, bu isə "Apple" qacetlərinə quraşdırılır. Nişan itmiş əşyaların yerini xəritədə qeyd edir.

Şirkətdən söz veriblər ki, qurğu məxfilik prinsiplərinə uyğun düzəldilib və onun vasitəsilə insanları izləmək mümkün deyil.

"AirTags"ə 29 dollar qiymət qoyulub. ABŞ-da aprelin 23-dən satılmağa başlanacaq. Sonra isə digər ölkələrdə satışı gerçəkləşdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.