Texnologiya

WhatsApp-da yenilik

27 Fevral 2015 13:23
0 Şərh     Baxış: 9 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur mesajlaşma proqramı WhatsApp daha bir yeniliyə imza atıb.

Anspress-in məlumatına görə, WhatsApp veb interfeysini artıq "Firefox" və "Opera" brauzerlərində də istifadə etmək mümkün olacaq.

Mesajlaşma proqramları arasında uzun müddətdir liderlik edən WhatsApp istifadənin asanlaşması üçün bu cür yeniliklər etməyə başlayıb.

Ötən ay ilk olaraq Google Chrome istifadəçiləri üçün istifadəyə verilən yenilik, artıq digər internet brauzerlərə də mesajlaşma imkanı tanıyır.
 
Veb-versiyanın istifadəçilərinin kimliyinin müəyyənləşməsi üçün QR-kod sistemindən istifadə olunur. Mobil telefondakı proqrama öz akkauntunla daxil olmaq üçün, WhatsApp-ın yenilənmiş versiyasından istifadə edilməlidir. Daha sonra kompyüterdə olan QR kodu oxumaq lazımdır. Yalnız bundan sonra veb və mobil versiyalar əlaqələndirilir.

QR-skaner qoşulan mesajlaşma proqramının yeni versiyası, yalnız Android, Windows Phone və BlackBerry üçün mövcuddur. iOS üçün isə bu yenilik hələlik istifadəyə verilməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.