Texnologiya

Polis hakerlərlə "vuruşacaq"

22 İyul 2014 20:56
0 Şərh     Baxış: 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çexiya polisinin prezidenti Tomaş Tuqi kibercinayətkarlığa qarşı mübarizə üzrə xüsusi bölmə yaradılması barədə təklifi cari ilin sonunadək təqdim etmək niyyətindədir. Çexiya televiziyasının bazar günü efirə çıxan diskussiya verilişində T.Tuqi həmin şöbənin yaxın iki ildə fəaliyyətə başlaya biləcəyini söyləyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, Çexiya polisində işləyən mütəxəssislər informasiya texnologiyaları sahəsində cinayətkarlığa qarşı mübarizə aparmağa qabildirlər, lakin yaxın gələcəkdə onlar hakerlərin öhdəsindən gəlməkdə çətinlik çəkəcəklər.

Hazırda həmin bölmənin vəzifələri müzakirə edilir. Məsələn, bu həftə hakerlər minlərlə Çexiya vətəndaşına saxta bildirişlər göndərərək icraçılara borclarının ödənilməsini tələb ediblər. Çexiyada zərərli proqramların yayılmasında da kibercinayətkarların əli olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.