Texnologiya

Noutbuk bazarında artım olacaq

22 İyul 2014 18:58
0 Şərh     Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Digitimes Research şirkətinin analitiki Coann Çen hesab edir ki, yeni tədris ilinin başlanğıcı və fərdi kompüter (FK) şirkətlərinin Windows əməliyyat sistemi ilə işləyən ucuz noutbuklar buraxmaq cəhdi 2014-cü ilin üçüncü rübündə qlobal noutbuk tədarükünün artması ilə nəticələnəcək.

Onun qiymətləndirməsinə əsasən, bu amillər, həmçinin Windows XP platformasının dəstəyinin dayandırılması ilə bağlı FK yeniləmələri ilə əlaqədar iyul-sentyabr aylarında noutbukların tədarük həcmi ötən rüblə müqayisədə 4,3% yüksələcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Digitimes Researchin qiymətləndirməsinə görə, 2014-cü il üzrə noutbukların ümumi həcminin təxminən 51,3%-i ilin ikinci yarısında tədarük olunacaq.

Analitiklərin məlumatına görə, 2014-cü ilin ikinci rübündə HP-nin noutbuk bazarında payı 19,5% təşkil edib və nəticədə Çinin Lenovo şirkətini qabaqlayıb. Dell (12,2%), Acer (10,8%) və ASUS (10,5%) şirkətləri müvafiq olaraq 3-5-ci yerləri bölüşdürüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.