Texnologiya

Məktəb və kitabxanalar üçün Wi-Fi

17 İyul 2014 14:39
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Federal Rabitə Komissiyası ölkənin məktəb və kitabxanalarında Wi-Fi şəbəkəsinin inkişafının maliyyələşdirilməsi üzrə planı təsdiq edib. İki il ərzində bu məqsədlər üçün 2 milyard dolların yönəldilməsi planlaşdırılır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məktəb və kitabxanalarda telekommunikasiya xidmətlərinin ödənişi artıq 17 ildir E-Rate proqramı çərçivəsində həyata keçirilir. Lakin proqramın büdcəsi ildən-ilə dəyişir, ötən il isə ümumiyyətlə vəsait ayrılmayıb. Komissiya üzvlərinin sözlərinə görə, növbəti ildə E-Rate üçün cəmi 600 min dollar nəzərdə tutulub.

Lakin ABŞ Federal Rabitə Komissiyasının icraedici direktoru hesab edir ki, çatışmayan vəsaitlər digər xidmətlərin maliyyələşdirilməsinin dayandırılması sayəsində əldə olunacaq. Belə ki, səsli rabitə, veb-sayt xidmətlərinin və peycer rabitəsinin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur.

2015-ci ildə bundan 350 milyon dollara qənaət edilməsi, beş ildən sonra qənaətin ildə 950 milyon dollara çatdırılması planlaşdırılır. 

Respublikaçılar Partiyası komissiyanın planında məktəb və kitabxanalar tərəfindən dövlət maliyyələşdirilməsinin alınmasının sadələşdirilməsi ilə bağlı qaydaların nəzərdə tutulmamasına, proqramın telekommunikasiya şirkətlərinin vergiləri hesabına maliyyələşdirilməsinə görə onu tənqid edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.