Texnologiya

İlk nanopeyk orbitə çıxdı

5 İyul 2014 22:01
0 Şərh     Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sinqapurun ilk nanopeyki uğurla yerətrafı orbitə çıxarılıb. Bu barədə Channel News Asia nəşri məlumat verib. Peykin 2-3 aydan sonra fəaliyyətə başlayacağı gözlənilir.

Nanyan Texnoloji Universitetinin alim və tələbələri tərəfindən yaradılan Velox-1 peyki texniki xüsusiyyətlərinə görə unikaldır. Belə ki, nanopeykdə ölçüsünə görə adi mobil telefonu ötməyən Velox-R3 pikopeyki quraşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, peykin başlıca vəzifəsi qrafik informasiyanın toplanması və ötürülməsi, eləcə də müxtəlif texnologiyaların, o cümlədən peyklərarası rabitənin yoxlanılması olacaq. Hazırda orbitdə artıq qeyd olunan universitet tərəfindən yaradılan iki peyk var.

İlk nanopeykin buraxılması iyunun 30-da Hindistanın raketdaşıyıcısı vasitəsilə Şriharikota adasında yerləşən kosmodromdan həyata keçirilib.

Qeyd edək ki, ötən ilin əvvəlində Sinqapurda bütün elmi mərkəzlərin işini koordinasiya edən Kosmik Texnologiyalar və Sənaye İdarəsi yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.