Texnologiya

Okeandan kabel çəkiləcək

2 Aprel 2014 18:58
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Braziliya və Avropa İttifaqı iki qitəni birləşdirəcək yeni transatlantik kabel xəttinin çəkilməsi barədə razılığa gəliblər. Dəyəri 135 milyon avro təşkil edəcək layihə Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən trafikin ələ keçirilməsindən yayınmaq üçün Birləşmiş Ştatlardan yan keçəcək.

Kabel xətti Portuqaliyanın Lissabon və Braziliyanın Fortalezu şəhərlərini birləşdirəcək. Biz məxfilik, insan hüquqları və dövlətlərin suverenliyinə hörmətlə yanaşmalıyıq. Biz şirkətlərin izlənməsini istəmirik. İnternet bəşəriyyətin ən böyük kəşflərindən biridir. Buna görə biz şəbəkə neytrallığı və fikir azadlığını dəstəkləyən demokratik məkan haqqında razılığa gəlmişik, - Braziliya Prezidenti Dilma Russeff deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Aİ Şurasının sədri Herman van Rompey isə informasiya təhlükəsizliyinin təmini məqsədilə kabel xəttinin ABŞ-dan yan çəkilməsinin vacibliyini qeyd edib.

Braziliya bu yaxınlarda bütün internet şirkətlərini istifadəçilərin fərdi məlumatlarını yalnız ölkə daxilində saxlamağa məcbur edən yeni qanun qəbul edib. Bundan əlavə, Braziliya mühafizə olunmuş elektron poçt infrastrukturunu yaratmaq niyyətindədir. Bütün bunlar ABŞ MTA tərəfindən xarici dövlət liderlərinin izlənməsi, eləcə də internet trafikin kütləvi şəkildə dinlənilməsi ilə bağlı məlumatlar açıqlandıqdan sonra xüsusi aktuallıq kəsb etməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.