Texnologiya

Qəpik boyda kompüter hazırlandı

2 Aprel 2014 23:12
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çinin az tanınan şirkəti Android platformasında işləyən və daşınan elektronikada istifadə üçün nəzərdə tutlmuş qəpik ölçüsündə Newton adlanan kompüter istehsal edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cihaz görünüşcə Raspberry Piyə oxşar inteqral lövhədən ibarətdir, lakin ölçüləri üç dəfə kiçikdir.

Belə həllər getdikcə bazarda populyarlaşır, belə ki əsasən daşınan və yığcam elektronika üçün nəzərdə tutulub.

Newton cihazı daxili prosessor, fləş yaddaş, Wi-Fi, NFC çiplə təchiz edilib. Şirkətdən bildirilib ki, artıq cihazı satın almaq mümkündür, lakin qiyməti məlum deyil.

Çin şirkətinin nümayəndələri deyirlər ki, az enerji sərfiyyatı onların həllinin əsas üstünlüyüdür. Newton cihazı gözləmə rejimində 4 millivatt və iş rejimində 100 millivat enerji sərf edir.

Yeni sxem əsasında mərkəzi prosessor 1 QHs takt tezliyində işləyir, qrafik nüvə isə 720 p formatında videonu emal edə bilir. Lövhə 3 QB daxili yaddaşı dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.