Texnologiya

Wi-Fi pulsuz olacaq

2 Aprel 2014 09:46
2 Şərh     Baxış: 2 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Artıq 2015-ci ildə interneti daha mükəmməl auternet əvəz edəcəkdir.

Auternetin əsas üstünlüyü odur ki, dünya əhalisi Wi-Fi siqnallarını pulsuz və simsiz şəbəkə vasitəsilə ala biləcək. Bu layihə kosmik aparat vasitəsilə həyata keçiriləcək. Auternetdən istifadə üçün parola da ehtiyac qalmayacaq.

Anspress yazır ki, möhtəşəm layihənin reallaşdırılması məqsədilə yerətrafı orbitə yüzlərlə miniatür peyklər buraxılacaq ki, onun vasitəsilə kompüterlərə və mobil telefonlara çıxış təmin ediləcək. Auternet "datacasting" texnologiyası əsasında fəaliyyət göstərərək, informasiyanı geniş radiodalğaların köməyilə ötürəcək.

Layihənin həyata keçirilməsini "Media Development Investment Fund" (MDIF) təşkilatı öz üzərinə götürüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.