Texnologiya

Əli Abbasov: "Azərbaycan genişzolaqlı infrastrukturun inkişafına investisiya yatırır"

31 Mart 2014 15:20
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan hökuməti internet istifadəçilərinin sayının xeyli artmasına xidmət edən genişzolaqlı infrastrukturun inkişafına təqribən 0,5 milyard dollar investisiya yatırır".

Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Davamlı inkişaf üçün genişzolaqlı rabitə" konfransında çıxışı zamanı deyib.

Konfrans ötən gün Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) rabitənin inkişafı üzrə VI Ümumdünya konfransı çərçivəsində baş tutub.

Konfransda əsas diqqət İKT sahəsinin inkişafının prioritet istiqamətlərinə, proqram, layihə və təşəbbüslərin həyata keçirilməsi üzrə həmin istiqamətlərin razılaşdırılmasına yönəldilib.

Ə.Abbasovun sözlərinə görə, Azərbaycan genişzolaqlı rabitənin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin tərəfdarıdır: "Azərbaycanda reallaşdırılan genişzolaqlı internetin inkişafı layihəsi, ilk növbədə, evdə qoşulmaların sayının artmasına xidmət edir. Bundan başqa, respublikanın ümumtəhsil müəssisələrinin genişzolaqlı internetə qoşulması da prioritet vəzifədir".

İTU-nun baş katibi Hamadun Ture tədbirdə çıxış edərək deyib ki, genişzolaqlı internet ən yüksək templə inkişaf edir və onun artımının böyük hissəsi inkişaf edən ölkələrin payına düşür.

Onun sözlərinə görə, hazırda istehlakçıların istifadəsində 1,5 milyard smartfon var və yaxın bir neçə il ərzində onların sayı ikiqat artacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.