Texnologiya

Sosial şəbəkələrdən asılı olanlar kimlərdir?

31 Mart 2014 21:14
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Meksikanın Puebla şəhərində yerləşən Milli Psixiatriya institutunda işləyən alimlərin gəldiyi nəticəyə əsasən, 12-18 yaş kateqoriyasına məxsus yeniyetmələr sosial şəbəkələrin təsirinə daha çox məruz qalır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, araşdırmaya əsasən, gənc oğlan və qızların beyni sosial şəbəkələrdən uzun müddətli istifadə zamanı yaranan asılılığa müqavimət göstərmək üçün kifayət qədər formalaşmayıb. Mütəxəssislər müəyyənləşdiriblər ki, internetdə ünsiyyət saxlayan zaman biz internetin başqa istifadəçiləri tərəfindən dəstəyə ümid edirik. Məsələn, virtual həmsöhbətlərimizin internetdə dərc edilmiş fotoşəkil və fikirlərimizə müsbət qiymətini əks etdirən Like düyməsinə klik sayını buna nümunə göstərmək olar.

Virtual dostlarımız nəşrlərimizi "like" etdikə biz beyində dofamin adlanan hormonun ayrılması ilə əlaqədar məmnunluq hissi duyuruq. Bu hormon hansısa pozitiv hallar yaşanan zamanı (məsələn, cinsi əlaqə, dadlı qida, həmçinin narkotik qəbulu) təbii üsulla böyük miqdarda ayrılır.

Meksikalı tədqiqatçılar aşkar ediblər Facebook və ya Twitter kimi sosial şəbəkələrdə gündəlik 4-5 saat vaxt keçirən yeniyetmələrdə artıq müəyyən asılılıq simptomları müşahidə olunur. Müqayisə kimi qeyd edək ki, əgər əvvəllər beyində dofamin maddəsinin ayrılması üçün gənc oğlan və ya qız üçün 5-7 like kifayət idisə, hazırda gənclər onları əhatə edənlərə maraqlı olmaq üçün şüuraltı artıq 20-30 like gözləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.