Texnologiya

Pentaqon onların sayını artıracaq

31 Mart 2014 20:56
0 Şərh     Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ müdafiə naziri Çak Xeyqel deyib ki, Pentaqon hərbi qurum və kompüter şəbəkələrinin təhlükəsizliyinin təmini ilə məşğul olan kibertəhlükəsizlik üzrə ixtisaslaşmış əməkdaşların sayını üç dəfədən çox artırmaq niyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, o, Milli Təhlükəsizlik Agentliyinin (MTA) Vaşinqtonda yerləşən qərargahında keçirilmiş mətbuat konfransında belə bəyanatla çıxış edib. Bu həftə Xeyqel Çinə yola düşəcək və çox güman ki Çin liderləri və Huawei şirkətinin MTA tərəfindən izlənməsi ilə bağlı ona suallar veriləcək. Xeyqel deyir ki, Pentaqon kompüter şəbəkələrinin qorunması üçün əməkdaşların (vətəndaşların) işə götürülməsi proqramını genişləndirmək niyyətindədir. Eyni zamanda, Pentaqon, həmçinin hərbi qurumun əməkdaşlarının müasir İT təhdidlər haqqında bilik səviyyəsini artırmaq üçün bir sıra maarifləndirici proqramlar keçirmək niyyətindədir.

Həmçinin Xeyqel bildirib ki, kibertəhdidlərə baxmayaraq, Pentaqon və ABŞ-ın müdafiə strukturlarında İT texnologiyalarından istifadə artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.