Texnologiya

Google əməkdaşlarının xəstəliklərini öyrənir

31 Mart 2014 23:12
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Google şirkəti əməkdaşlarını tədqiq edəcək. Şirkət tədqiqat üçün 1948-ci ildə başlayan və indiyədək davam edən Freminqem tədqiqatını (FHS) nümunə götürüb.

FHS çərçivəsində alimlər kardiovaskular xəstəliklərin (infarkt, insult və s.) və onların inkişaf risklərinin öyrənilməsi ilə məşğul olurlar. gDNA adlanan layihənin məqsədi şirkət əməkdaşlarının xoşbəxtliklərinin məxfi reseptini tapmaqdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqatda artıq təsadüfi şəkildə seçilmiş 4 minə yaxın Google əməkdaşı iştirak edir. Onlar hər il dəqiq anonim anket prosesindən keçərək adət etdikləri hərəkətlər, ətrafdakı insanlara, işə, həmkarlarına münasibətləri və s. ilə bağlı suallara cavab verirlər. Sonra mütəxəssislər bu faktorların bir-biri ilə necə əlaqədar olmasını, hansı rol oynamasını və əməkdaşların iş səmərəliyinə necə təsir göstərməsini müəyyən edirlər.

Artıq ilkin nəticələr əldə olunaraq müəyyən edilib ki, Google əməkdaşlarının üçdə iki hissəsi işdə ev haqqında düşünməkdə davam edir və yalnız 31 faiz bu barədə fikirləşmir. Bundan başqa, rəyi soruşulanların yarısı ofisi tərk etdikdən sonra bütünlüklə vəzifəsini unutmaq, eləcə də ofis və ya iş saatından kənarda onların təsirindən yaxa qurtarmaq arzusundadır.

Vəziyyəti düzəltmək məqsədilə əməkdaşlara boş vaxtlarda heç kəsin mane olmaması üçün ofisdə iş əlaqə vasitələrini (telefon nömrələrini) qoymaq xahiş olunub. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu, şirkət əməkdaşlarının vəziyyətinin yaxşılaşmasına gətirib çıxarıb. Mütəxəssislərin fikrincə, əməkdaşlar həmçinin işdənkənar və məzuniyyət vaxtlarında iş elektron poçtundan imtina etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.