Texnologiya

Onlar məzuniyyətdə də işləyirlər

2 Avqust 2013 21:14
0 Şərh     Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikanın TeamViewer şirkətinin keçirdiyi tədqiqata əsasən, amerikalıların 61%-i məzuniyyətdə smartfon, noutbuk və başqa qurğulardan istifadə edərək işləyirlər.

2012-ci ildə keçirilmiş analoji tədqiqata əsasən, məzuniyyətdə işləməyə razı olan amerikalıların sayı 52% olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqat çərçivəsində 2074 amerikalının rəyi soruşulub, həm də onların 1094-ü tam iş rejimində işləyir. Amerikalıların 38%-i məzuniyyətdə iş poçtunu oxumağa hazırdır. Onların müvafiq olaraq 32 və 30%-i sənədlərlə işləməyi və telefon zənglərini qəbul etməyi planlaşdırırlar. Rəyi soruşulanların 24%-i mətn mesajlarını qəbul etməyi planlaşdırır, 20% isə rəhbər və əməkdaşlarının tapşırığını yerinə yetirməyə hazırdır.

Bununla belə, rəyi soruşulanların 61%-i məzuniyyətə özləri ilə bir neçə qurğu aparmağı planlaşdırırlar. Amerikalıların 40%-i özləri ilə smartfon, 39%-i noutbuk, 24%-i masaüstü kompüter götürməyə üstünlük verir. Rəyi soruşulanların yalnız 18%-i özləri ilə planşet götürməyi planlaşdırır.

Məzuniyyətdə işləməyə razı olan amerikalıların əksəriyyəti 18-34 yaş kateqoriyasına aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.