Səhiyyə

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının analizlərinin nəricələri açıqlandı

3 Fevral 2020 13:06
1 Şərh     Baxış: 3 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib.

"Çindən Türkiyəyə təxliyə edilən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşları hazırda karantin altındadırlar. Hazırkı məlumata əsasən, onların heç birində koronavirus aşkarlanmayıb. Təxliyə edilən şəxslər həkim nəzarətindədirlər", - deyə F. C. Yazqan qeyd edib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.