Səhiyyə

Bakıda yeni tibbi mərkəz yaradıldı: Almaniya və Danimarkadan həkimlər gətirildi

31 Oktyabr 2024 10:08
Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 2021-ci ildə Bakı Sağlamlıq Mərkəzində ixtisaslaşdırılmış İnsult Mərkəzi yaradılıb. Bu mərkəz pilot layihə kimi təsis olunub və artıq 3 ildir ki, "24 saat/gün, 7 gün/həftə, 365 gün /il" prinsipi ilə nevrologiya, radiologiya, təcili tibb, neyrocərrahiyyə, reanimasiya, reabilitasiya, kardiologiya, endokrinologiya, hematologiya, revmatologiya sahələrinin həkim-mütəxəssisləri və insult üzrə ixtisaslaşmış tibb bacıları ilə multidissiplinar yanaşmanı əsas tutaraq fəaliyyət göstərir". 

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis  Pərvin Allahyarova açıqlayıb. 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin ixtisaslaşmış İnsult Mərkəzində insultdan əziyyət çəkən xəstələrin müasir tibbin standartlarına uyğun olaraq  intravenoz trombolizis və endovaskulyar trombektomiya kimi reperfuziya müalicəsi və reabilitasiyası aparılır. Habelə insultun patogenetik növünə uyğun ikincili profilaktikasının təyin edilməsi sübutlu təbabətin prinsiplərinə əsaslanan multidissiplinar yanaşma şəklində həyata keçirilir:

"Mərkəzdə, həmçinin suabaraxnoidal və beyindaxili qansızmanın endovaskulyar və neyrocərrahi müalicəsi, kəskin venoz insult və  digər insult növlərinin müalicəsi də aparılır. İnsult mərkəzində kəskin dövr pasiyentlərinin müalicəsi xüsusi ixtisaslaşmış intensiv insult palatasında ("Stroke Unit") aparılır. Bu yanaşma optimal nəticələri əldə etmək üçün kəskin insult xidmətinin müasir tibdə təsdiqlənən "Qızıl standartı" sayılır. Mərkəzin insult poliklinikası da aktiv fəaliyyət göstərir".

P.Allahyarova sonda qeyd edib ki, Səhiyyə Nazirliyinin "İnsult xidməti" layihəsinin icrasına dünya miqyasında tanınan nevroloqlar olan iki beynəlxalq mütəxəssis-ekspertlər cəlb olunub:

"Ekspertlərdən biri, nevroloq  Zaza Katsarava Almaniyanın Duysburq-Essen Universitetinin professorudur. Layihənin digər beynəlxalq eksperti isə Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşinadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.