Uzun müddət yod çatışmazlığı şəraitində yaşamaq qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsinə səbəb olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanabənzər vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır. Yod orqanizmin maddələr mübadiləsində iştirak edir, enerji idarəetməsinə, hər şeydən əvvəl isə fiziki və zehni inkişafı tənzimləyir. Ona görə də insan bədəninin yoda ehtiyacı var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada milyard yarım insan yod çatışmazlığından əziyyət çəkir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının endokrinologiya şöbəsinin müdiri Səbinə Məşədiyevanın dediyinə görə, bunun əsas səbəbi suda və qidada olan yod çatışmazlığıdır: "Uzun müddət yod çatışmazlığı şəraitində yaşayanlarda qalxanabənzər vəzin fəaliyyəti zəifləyir. Bunun nəticəsində yaddaş pozğunluğu, yorğunluq, süstlük yarana və hepeterioz xəstəliyi əmələ gələ bilər".
Yod çatışmazlığı əqli qüsurların yaranmasına, boyun inkişafdan qalmasına da səbəb olur. Həkim-endokrinoloq onu da qeyd edib ki, hamilə qadınlarda yod çatışmazlığı birmənalı şəkildə dölə təsiri göstərdiyindən onlar da yod qəbuluna fikir verməlidirlər: "Böyüklər üçün normal mübadilə üçün sutkada 100-150 mikroqram yod tələb olunur. Südəmər körpələr 1 yaşa qədər 50 mikroqram, 6 yaşa qədər 90 mikroqram, 12 yaşa qədər 120 mikroqram, 12 yaşdan böyük olanlar üçün 150 mikroqram yod lazımdır. Hamilə qadınlar üçün sutkada 200 mikroqram yod tələb olunur. Yod çatışmazlığı güclü olduqda körpənin dünyaya gəlməyi də müəyyən problemlər yaradır, doğulanda isə anadangəlmə hipeterioz qazana bilər".
Yod çatışmazlığının qarşısını almaq üçün lazım olan qidalar barədə danışan həkim-endokrinoloq deyib: "Yod çatışmazlığı ilə üzləşməmək üçün ilk növbədə daha çox dəniz məhsulları, meyvələrdən alma, gavalı, gilənar, tərəvəzlərdən pomidor, çuğundur və köklə qidalanmaq lazımdır. Ağartı məhsulları ilə qidalanmaq da məsləhət görülür. Məsələn, sutkada 200 qram qatıq istehlak edilməsi 60 faiz yod çatışmazlığının qarşısını alır. Çiyələk, xurma, banan, alma kimi meyvələrin qəbulu da bu sahədə yaxşı kömək edir. Qarabaşaq da yod çatışmazlığını aradan qaldırır".
Yod sağlamlığın qorunmasında mühüm rol oynayır. Ona görə də xüsusilə yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə düzgün qidalanmalı, qida rasionuna maksimum diqqət yetirmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ





