COVID-19 xəstəliyini keçirənlər soyuq havada özlərini daha çox qorunmalıdırlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Soyuq və şaxtalı hava bədənin tənəffüs sisteminin yoluxucu xəstəliklərə qarşı mübarizəsini çətinləşdirir. Ona görə soyuq havalarda yeni növ koronavirus (COVID-19) infeksiyası keçirənlər daha çox isti məkanlarda, evdə qalmalıdırlar.
Milli.Az bildirir ki, həkim-terapevti Nərgiz Kərimovanın AZƏRTAC-a dediyinə görə, COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir. Xəstəlikdən sağalandan sonra əksər orqanizmdə virusa yoluxmanın qarşısını alan anticisimlər əmələ gəlir. Lakin həmin immunitetin nə qədər davam edə biləcəyi ilə əlaqədar dəqiq məlumatlar yoxdur.
Müsahibimiz daha sonra deyib: "Orqanizmin bərpası, tez reabilitasiyası və yenidən bu və ya digər viruslara yoluxmamaq üçün qarlı havada evdə qalmaq və həkimlərin tövsiyələrini yerinə yetirmək məsləhətdir. Yüksək reinfeksiya riskinə malik olanlar, yaşlı və immun sistemi zəif olanlar profilaktik tədbirlərə ciddi riayət etməlidirlər. COVID-19 xəstəliyindən sağalanlar qidalanma rejimini bərpa etməyə çalışmalı, itirilmiş iştahanı kompensasiya etmək üçün üzvi məhsullar, tərəvəzlər, yumurta və təhlükəsiz quş əti, asan həzm olan yeməklərə üstünlük verməlidirlər".
Virus yaddaş hüceyrələrinə zərər verdiyinə görə itmiş diqqəti, idrak düşüncə qabiliyyətlərini və yaddaşı bərpa etmək üçün günün bir hissəsini yaddaş oyunları və oxumağa ayırmaq, zehni canlandırmaq üçün yollar axtarmaq lazımdır: "Keçirilmiş xəstəlikdən sonra orqanizm vəziyyəti qəbul etmədiyinə görə həyəcanverici siqnallara - başağrısı və ya yorğunluq hallarına diqqət yetirmək, problemlər artarsa, ailə həkimi ilə mütəmadi əlaqə saxlamaq lazımdır. Bundan başqa vaxtaşırı olaraq idman hərəkətləri etmək məsləhət görülür. Bədən zəif olanda məşqlər çətinlik yarada bilər, lakin gündəlik idman tədricən həm fiziki, həm də mənəvi cəhətdən sağalmağa kömək edəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov





