Sağlamlıq

Alman həkim bağırsaq zəhərləyən 3 qidanı AÇIQLADI

3 Noyabr 2023 06:45
Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alman həkim terapevt Tomas Frilinq bağırsaqları zəhərləyən 3 əsas qidanı açıqlayıb.

Milli.Az xəbər verir ki, həkim ilk növbədə şəkər və qəndi azaltmağı tövsiyə edir. Çünki o, bağırsaq mikroflorasında zərərli bakteriyaları çoxaldır.

Eləcə də kolbasa, sosis, hisə verilmiş ət və balıq məhsulları bağırsaqları deşir və xərçəngə səbəb olur. Qırmızı ət qəbulunu həftədə 300 qrama endirin.

Üçüncü zərərli yağlar- marqarin, trans yağ, mayonez və s. Onlar bağırsağı ciddi yükləyir və zəhərləyir.

Bağırsaqların selikli qişası üçün ən yaxşı qida lifli qidalardır. Bunlar da paxlalılar və tərəvəzlərdə boldur.

Xüsusən həzm problemi olan insanlar bu qidaları tamamilə menyudan çıxarmalıdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.