Sağlamlıq

Stressdən azad olmaq üçün sinir sistemini necə bərpa etmək olar?

24 May 2020 22:30
0 Şərh     Baxış: 2 404

Tez özündən çıxırsan? Əsəblərin dözmür? Çox vaxt hər şey bezdirir?

Milli.Az medicina.az-a istinadən bildirir ki, bütün bunlar sizə aiddirsə, o zaman sinir sisteminizi gücləndirməyin vaxtıdır. Əks təqdirdə, hər şey daha da pis olacaq.

Sinir sistemini bərpa etmək üçün ilk növbədə özünüzü və həyatınızı dəyişdirməyiniz lazımdır. Dəyişiklik olmadan sinir sisteminiz sarsılmağa davam edəcək və gələcəkdə əsəbi olmağın qarşısını almaq daha da çətin olacaq.

Nə etmək lazım olduğu haqqında sizə qısaca məlumat verəcəyik:
Fərqli üsullar sınaqdan keçirin.

Hər gecə yatmazdan əvvəl əsəb sisteminizi analiz edin.

Gün ərzində nə baş verib və nə etmək lazımdır? Bunları qələmlə bir yerə yazın. Bunu edərkən həmin hadisələrə verdiyiniz reaksiyalardan fərqli reaksiya verməyə və başqa cür davranmağa başlayacağınızı hiss edəcəksiniz.

Duyğularınızı ifadə etmək üçün vasitələr tapın.

Zəif sinir sistemi olan insanlar qaynar çayxanaya bənzəyirlər. Hər hansı bir stress onlar dərhal özündən çıxartmağa kifayət edir. Buna görə duyğularınızı dərhal ifadə etməkdən çəkinməyin. Kağızı yırtın, yastığı döyün, keçin. Bu, əsəbləri sakitləşdirməyə kömək edəcəkdir.

Düzgün qidalanmamaq.

Qəhvə və kola kimi sürətli karbon stimullaşdırıcı qidalardan çəkinin. Bu içkilər əhvalınızı kəskin şəkildə dəyişdirir və sinir sistemini silkələyir. Maqnezium sinir sistemi üçün vacib elementdir, həmçinin B qrupunun vitaminləri.

Tərkibində maqnezium ehtiva edən məhsullar - brokoli və kələmin digər növləri, müxtəlif meyvələr (xüsusilə ərik və istənilən formada) və giləmeyvə.

Vitamin B məhsulları.

Pomidor, alma, mal əti, qarabaşaq yarması, təzə balıq, püstə, qoz-fındıq, yumurta, kəsmik, qaraciyər.

Təmiz su içmək.

Bədənimiz 60% sudur. Beyinin 90%-ni su təşkil edir. Su olmaması bədəndəki bütün prosesləri tez bir zamanda pozur və insan tez əsəbləşir. Buna görə su için - sadəcə su, çay deyil. Gün ərzində hər 10 kq çəkiyə 1 stəkan su daha az əsəbləşməyə kömək edəcəkdir.

Qurd analizi verin.

Məsələn, epilepsiya ilə parazitlər arasında əlaqə elmi şəkildə isbat edilmişdir. Bundan əlavə, parazitlərin müəyyən qidaya ehtiyacları olur ki, bu sizə də təsir edir. Belə ki, sizdə də daim nəsə yemək istəyi olur, nə qədər yesəniz də, doymursuz. Buna görə müayinə olunmalı və qurd testindən keçməlisiniz.

Zəif bədən - zəif sinir sistemi.

Orqanizmdə hər şey bir-biri ilə əlaqəlidir. Orqanizmi bədən tərbiyəsi ilə gücləndirərək sinir sistemini də gücləndirimiş olursuz. Buna görə daha çox qaçış və ya başqa bir idman növü, yüngül atletika ilə məşğul ola, kardio hərəkətlər edə bilərsiniz.

Sabit rejim.

Sinir sistemini sakitləşdirmək üçün həyatınızda nəyin nə vaxt və necə olacağını bilməlisiniz. Əgər səhərin açılmağına bir saat qalmış yatağa gedirsənsə və ya səhərdən açılmamışdan əvvəl yatmırsansa, fərqli vaxtlarda yemək yeyirsənsə, əsəblərinin daim sarsıldığına və kritik həddə çatmasına təəccüblənməməlisən. Həyat tərzinizi dəyişməli və sabit rejimə əməl etməlisiniz. Bu, əsəblərinizi nizama salmağa kömək edəcəkdir.

Yetərli yuxu əldə etmək üçün keyfiyyətli yuxu.

Sinir hüceyrələri yuxu zamanı 22-00-dan 00-00-dək bərpa olunur. Bu zaman neyronların, eyni sinir hüceyrələrinin ən aktiv şəkildə böyüməsi baş verir. 12-dən sonra yatağa gedirsinizsə, bu o deməkdir ki, sinir hüceyrələriniz demək olar bərpa olunmur.

Bu barədə yaxşı düşünün. Belə formada sinir sistemini müalicə edə bilməzsiniz.

Tarazlıq.

Gündə ən azı 30 dəqiqə sakit və balanslaşdırılmış hərəkətlər edə bilərsiniz. Yüngül atletika, üzmə, yoga, slow musiqi dinlyərək yavaş qaçış ola bilər. Nə olur olsun, bütün bunlar sinir sisteminizi rahatlamağa kömək edəcək şeylərdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.